

ABŞ və beynəlxalq avtomobil hərraclarından sifarişlərin izlənməsi, Poti və Bakı logistika xərclərinin kalkulyasiyası, müştəri borc balansı və maliyyə mənfəət analitikasını vahid mərkəzdən idarə edən ixtisaslaşdırılmış CRM platforması.
1. Layihə avtomobil idxalı biznesinin bütün zəncirini — hərracda maşının udulmasından son müştəriyə təhvil verilməsinə qədər olan mərhələləri rəqəmsallaşdırır. Avtomobilin alış qiyməti və hərrac faizi daxil edildikdə şirkət xalis gəliri və müştəri qalıq borcu avtomatik hesablanır.
2. Platforma daxilində hazırlanmış güclü analitik dashboard rəhbərliyə cari ay, keçən ay və ya xüsusi seçilmiş dövrlər üzrə şirkətin ümumi dövriyyəsini, liman qazancını, xalis mənfəətini və ödənməmiş müştəri borclarını qrafiklərlə anlıq izləmək imkanı verir.
Xaricdən avtomobil idxalı ilə məşğul olan şirkətdə hərrac rüsumlarının (Copart, IAAI, Manheim), dəniz və quru logistika xərclərinin (Poti limanı və Bakı daşınması), gömrük ödənişlərinin və müştəri borclarının Excel cədvəllərində idarə edilməsi hesabatlarda qarışıqlıq, borc itkisi və insan faktorundan qaynaqlanan maliyyə xətaları yaradırdı.
Codemark komandası tərəfindən avtomatlaşdırılmış maliyyə kalkulyatoru, müştəri FİN və VIN kod axtarış sistemi, daxili logistika marşrutları və dinamik analitik qrafiklərlə təchiz olunmuş yüksək performanslı CRM paneli layihələndirildi və tətbiq edildi.