

Aviabilet satışı, otel rezervasiyası, fərdi turlar, viza, sığorta və transfer xidmətlərini, həmçinin çoxvalyutalı mühasibatlığı, əməkdaşların satış təsdiq mexanizmini vahid mərkəzdən idarə edən hərtərəfli turizm ERP platforması.
1. SelenaTour ERP turizm agentliyinin gündəlik bütün fəaliyyətini tam rəqəmsallaşdırır. Menecerlər aviabilet, otel, viza və transfer məlumatlarını daxil etdikdə sistem partnyor borcunu, müştəri ödənişini və şirkətin xalis qazancını anında hesablayır. Fərdi Turlar (Custom Tours) modulu vasitəsilə mürəkkəb kombinasiyalı səyahət paketləri asanlıqla formalaşdırılır.
2. Platforma daxilində qurulmuş maliyyə və satış dashboard-u rəhbərliyə real vaxtda ümumi dövriyyəni, ofis xərclərini, əmək haqqı fondunu və xalis mənfəəti izləmək imkanı verir. Menecerlərin etdiyi hər bir dəyişiklik və silinmə inzibatçı təsdiqindən keçərək daxili təhlükəsizliyi təmin edir.
Turizm şirkətində aviaşirkətlər, otel konsolidatorları və sığorta partnyorları ilə hesablaşmaların müxtəlif valyutalarda (USD, EUR, AZN, RUB) aparılması, qrup və fərdi turlarda maya dəyərinin hesablanmasının çətinliyi, menecerlərin rezervasiyaları zamanı yaranan maliyyə xətaları və müştəri loyallığının izlənilməməsi əməliyyat xərclərini artırır və rəhbərliyin maliyyə hesabatlarına nəzarətini zəiflədirdi.
Codemark komandası tərəfindən bütün turizm xidmətlərini bir ekosistemdə cəmləşdirən, avtomatik valyuta məzənnəsi konvertasiyası, partnyor borc balansı, müştəri bonus kartları və menecer-mühasib-rəhbərlik təsdiq iyerarxiyasına malik güclü ERP platforması hazırlandı və istifadəyə verildi.